Paytaxt klubunda yeni müqavilə

17.07.2022 20:04 362
Dünya futbolu
“Roma”nın oyunçusu Canluka Mançini ilə bağlı şayiələrə son qoyulub.

Paytaxt klubu onunla müqaviləni yeniləyib. 26 yaşlı müdafiəçi müddəti 2027-ci ilə qədər razılaşdırılan yeni sözləşmə imzalayıb.

İtaliya yığmasının baş məşqçisi Roberto Mançininin oğlu “Roma”da 2019-cu ildən oynayır. O, ötən müddət ərzində bütün turnirlərdə 127 oyuna 7 qol vurub.