Paytaxt klubunda yeni müqavilə

8.07.2022 23:24 405
Dünya futbolu
"Roma" Feliks Afena-Qyan ilə müqavilə müddətini uzadıb.

"Football-plus az" klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc futbolçu İtaliya klubu ilə 4 illik müqavilə imzalayıb.

Qana millisinin üzvü "canavarlar"a 2021-ci ildə qoşulub. 19 yaşlı futbolçu indiyə qədər 22 matça çıxıb, 2 qol vurub.