“BOK-un qərarını ədalətli saymırıq. Mövqeyimiz yaxşı məlumdu. İdmanın siyasiləşdirilməsinin qəti əleyhdarıyıq. İdmançılarımızın hüquqlarını qorumaq üçün hamı, eləcə də BOK ilə işləməkdə davam edəcəyik”.
“Football-plus.az” xəbər verir ki, iyulun 13-də BOK-un Paris Olimpiadasında iştirak üçün dəvət göndərəcəyi 203 ölkə arasında Rusiya ilə Belarusun, eləcədə də 2022-ci ildə uzaqlaşdırılan Qvatemalanın olmayacağı açıqlanıb. Rusiya və Belarusa belə münasibət isə Ukrayna müharibəsi ilə bağlıdı.



