“Mersedes”in sahibi və icraçı direktoru Toto Volff Pep Qvardiola ilə qeyri-adi paralellər aparıb.
“Football-plus.az” xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Böyük Britaniya “Qran-pri”si keçirilərkən “Mersedes”in boksuna baş çəkib. Volffun Qvardiola haqda dedikləri:
“Pep futbol haqda danışanda sanki “Formula-1” haqda danışan özümü eşidirəm. Qeyri-adi paralellərdi. Ancaq o, fantastik mövsüm keçirdi, trebl etdi. Biz də ardıcıl 8 Mühəndislər kuboku qazanmaqla yüksək çərçivə müəyyənləşdirmişik. Qvardiola, sadəcə, qeyri-adi adamdı. Təkcə məşqçi kimi yox, həm də möhtəşəm oğlandı”.