Qvardiola təqvimdən narazılıq etdi

13.05.2023 11:13 269
Dünya futbolu
Həm premyer-liqa, həm ölkə kuboku, həm də Çempionlar Liqasını qazanaraq trebl etmək şansı davam edən ''Mançester Siti''də baş məşqçi Xosep Qvardiola təqvimdən narazılıq edib.

"Football-plus.az" xəbər verir ki, ''Şəhərlilər'' bu tur səfərdə ''Everton''la qarşılaşmalıdılar.

Oyun bazar günü Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. ''Real'' isə bu tur çempionat oyununu şənbə günü saat 23.00-da keçirəcək. Yəni ÇL-in yarımfinalında cavab oyununa hazırlaşmaq üçün ''Siti''nin təxminən 75, ''Real''ın isə 94 saat vaxtı olacaq. Qvardiola bunları deyib:

''Açığı təqvimi tərtib edənlərin məntiqini anlamıram. Amma bundan sonra belə şeylərlə mübarizə aparmaq fikrim yoxdu. Nədisə, odu. Qəribə görünsə də, bu təqvimə adaptasiya olmalıyıq''.


ƏLİ