Bundan sonra 2-ci divizionda işləyəcək

12.07.2023 22:20 240
Dünya futbolu
Kurban Berdıyevin yeni iş yeri müəyyənləşib. O, bundan sonra Rusiya çempionatının 2-ci divizionunda işləyəcək.


"Football-plus.az" xəbər verir ki, 70 yaşlı mütəxəssis Mahaçqala “Dinamo”sunun baş məşqçisi təyin olunub. Berdıyev 1-ci liqada çıxış edən komandada müqaviləsinin müddəti iyunun 30-da başa çatan Qoran Aleksiçi əvəzləyib. Onun sonuncu klubu bu ilin aprelində tərk etdiyi “Soçi” olub.