• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” üçün həyəcan siqnalı: “cırtdan”a “div” kimi baxın!

Yazarlar / Çempionlar Liqası

10-07-2023, 18:0

Azərbaycan klubları üçün növbəti avrokubok yayı başlayır.

Və təəssüf ki, yenə də qanadı qırılmış quş kimiyik. Mən bu sətirləri yazdığım anda “Neftçi”nin baş məşqçisi bəlli deyilsə, ölkə kubokunun son qalibi “Qəbələ”nin heyəti büsbütün yenilənibsə, deməli, həyəcanlanmağa, narahatlıq keçirməyə əsas var. Yenə yola 4 klubla çıxırıq, ancaq maksimum ikisindən uğur gözləyirik. “Qarabağ” Ramil Şeydayev və Musa Qurbanlı kimi əsas ulduzlarını itirsə də, ilk növbədə Qurban Qurbanovun məşqçi dühasına ümid edirik. “Sabah”a gəlincə, avrokubokların debütantı olmaq artıq bir addım geri düşmək deməkdi. Yenə də ümid Murad Musayevin məşqçi bacarığınadı. Təbii, həm də “Sabah”ın, demək olar ki, son mövsümdəki heyəti qorumasına, hələ bir qədər də güclənməsinə.
Hər bir komandaya ayrı-ayrılıqda toxunmaq, rəqiblərin gücünü araşdırmaq fikrində deyiləm. Sadəcə, “Qarabağ” artıq mübarizəyə başlamaq ərəfəsində olduğundan bir önəmli məqamın üzərində dayanacam. “Linkoln Red İmps” UEFA-nın əmsallar cədvəlində 51-ci pillədə qərarlaşan ölkənin — Cəbəllütariqin çempionudu. Bildiyiniz kimi, ölkəmiz həmin cədvəldə 29-cu pillədə qərarlaşıb, yəni arada uçurum var. Qurban bəy komandanı uzunmüddətli Avstriya toplanışına, ardından Cəbəllütariqə yaxın olan İspaniyaya aparmaqla ilk növbədə Çempionlar Liqasının oyunlarına daha ideal şəraitdə, güclü rəqiblərlə qarşılaşmalar fonunda hazırlaşmaq niyyəti güdüb. Amma heç şübhəsiz, təhtəlşüurda yetirmələrini rəqibin gücü, daha doğrusu, gücsüzlüyü ilə bağlı mülahizələrin təsir dairəsindən çıxarmaq fikri də var. Sirr deyil ki, ölkəmizdə böyük əksəriyyət “Linkoln”u “Qarabağ”ın səviyyəsinə uyğun rəqib saymır. İnşallah, komanda və futbolçular bu mərhələni adlaya biləcək. Bununla belə, məhz indiki məqamda “Qarabağ”ın avrokuboklarda zəngin çıxış təcrübəsinə nəzər salıb, bəzi duelləri, yəni “cırtdan” ölkə təmsilçiləri ilə qarşılaşmaları xatırlamağa dəyər.

2011/12 mövsümü, Avropa Liqası, 2-ci təsnifat mərhələsi: Streymur — 1:1, 0:0
İlk mərhələnin hər iki oyununda “Banqa”nı darmadağın edən ağdamlıların Farer adaları təmsilçisi ilə dueldə də çətinlik çəkməyəcəyimi gözləyirdik. Ancaq iyulun 14-də keçirilən səfər oyunu sürpriz hesabla bitdi. Rauf Əliyev 11-ci dəqiqədə “Qarabağ”ı irəli çıxarsa da, son dəqiqələrdə hamılıqla irəli atılan meydan sahibləri 3-cü uzatma dəqiqəsində hesabı bərabərləşdirdi. Bir həftə sonra Bakıda keçirilən oyunda qeydə alınan qolsuz heç-heçə “Qarabağ”ı “Brügge”yə rəqib etdi.

2014/15 mövsümü, Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi: Valletta — 1:0, 4:0
İyulun 15-də keçirilən səfər oyununun taleyini Çumbinyonun 18-ci dəqiqədə vurduğu qol həll etdi. “Qarabağ” ev oyununda “cırtdan”a rəhm etmədi, elə həmin Çumbinyo ilə yanaşı, Reynaldo, Danilo Dias və Leroy Corcun vurduğu qollar rəqibin darmadağınını şərtləndirdi. Ədalət naminə maltalıların Bakıda artıq 19-cu dəqiqədə azlıqda qaldığını da vurğulayaq. 84-cü dəqiqədə isə onların daha bir oyunçusu meydandan qovuldu. Bildiyiniz kimi, “Qarabağ” həmin mövsümdə ardından “Zaltsburq”a uduzub ÇL-də mübarizəni dayandırsa da, pley-offda iki oyunun nəticəsinə görə “Tvente”ni keçib, tarixində ilk dəfə Avropa Liqasının qrupunda oynadı.

2016/17 mövsümü, Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi: F91 Düdelanj - 2:0, 1:1
Lüksemburq çempionu ilə dueldə ilk baxışdan hər şey qaydasında gedirdi. Ağdamlılar iyulun 12-də evdə Riçard Almeydanın dublu sayəsində rahat qələbə qazanıb arın-arxayın səfərə çıxdılar. Amma cəmi 891 azarkeşin qarşısında oynayan “Düdelanj” evdə inanılmaz mübarizə əzmi göstərdi. Hələ 37-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin olundu. Şehiçin Turpelin zərbəsinin qarşısını alması da komanda yoldaşlarını ruhlandırmadı. Hücumları davam etdirən meydan sahibləri 71-ci dəqiqədə qol istəyinə çatdı. Reynaldonun 90+4-cü dəqiqədəki bərabərlik qolu olmasaydı, kim bilir, bu oyun necə bitəcəkdi… “Qarabağ” həmin mövsüm də Avroliqanın qrupuna vəsiqə qazana bildi.

2019/20 mövsümü, Avropa Liqası, pley-off: Linfild — 2:3, 2:1
Şimali İrlandiya klubu ilə səfərdə keçirilən ilk oyunun nəticəsi hər kəsi şoka saldı. Uzatma dəqiqələri başlayanda hesab 3:1 meydan sahiblərinin xeyrinə idi. Yaxşı ki 2-ci uzatma dəqiqəsində Maqaye Geye penaltini qola çevirib cavab oyunu üçün ümid verdi. Bakıdakı oyun da 88-ci dəqiqəyə qədər azarkeşləri gərginlik altında saxladı. Düzdü, Xayme Romero 6-cı dəqiqədə hesabı açmışdı. Amma yalnız Abdulla Zubirin 88-ci dəqiqədə vurduğu qol azarkeşləri sakitləşdirdi. Düzdü, inadkar qonaqlar 3-cü uzatma dəqiqəsində qollardan birinin əvəzini çıxmaqla gərginlik yaratdı. Daha bir qol məhz onları Avroliqanın qrupuna daşıyacaqdı. Yaxşı ki, “Qarabağ” qələbə hesabına qoruya və tarixində 5-ci dəfə Avroliqanın qrupuna düşdü.

Bəs indi necə olacaq?
Çempion artıq güc deməkdi — istər Ermənistanın çempionu olsun, istərsə Cəbəllütariqin. Bu üzdən “Linkoln”a qətiyyən yuxarıdan aşağı baxmaq olmaz. Əlbəttə, yaxşı olardı ki, “Qarabağ” cütün taleyini elə ilk oyunda həll etsin, Bakıya sual saxlamasın, növbəti mərhələnin oyunlarına daha yaxşı hazırlaşmağı düşünsün. Fakt budu ki, Qurban Qurbanovun çalışdırdığı komanda indiyə qədər arxayınlığın qurbanı olmayıb. Bu seriya davam etməyə məhkumdu.

ORXAN

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

17-12-2022, 22:0

Lider fərqi artırdı, autsayder dəyişdi - TURUN ŞƏRHİ

Premyer-liqa

14-03-2023, 14:0

Yerindən tərpənən olmadı – TURUN ŞƏRHİ

Yığma

18-03-2023, 10:0

Millimizin Avstriya və İsveçlə oyunlar üçün heyəti açıqlandı

Ölkə futbolu

27-04-2022, 17:0

Nail Kərimov “Qəbələ”nin növbəti tur 4-cü pilləyə dönəcəyinə ümid edir - AÇIQLAMA

Premyer-liqa / Manşet

5-04-2023, 15:0

Elşad Əhmədov: “Hazırki komanda Murad Musayevin başçılığı altında doğru istiqamətdə irəliləyir”

Premyer-liqa

2-06-2023, 14:0

“Qəbələ” “Zirə”ni, “Səbail” “Şamaxı”nı qabaqladı - TURUN ŞƏRHİ

Aktual
“Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
“Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
“Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
"Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
“Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
Son xəbərlər
  • Bu gün, 10:31
    “Çempionşip, biz gəlirik!” - De Zerbi də “Tottenhem”ə qələbə qazandıra bilmədi
  • Bu gün, 10:00
    Daha beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Bu gün, 00:00
    “Kosovo ilə oyunda topun “çərçivə”yə getmədiyinə əmin idim” – Kərəm Aktürkoğlu
  • Dünən, 23:45
    Çempionlar Liqasında hamını arxada qoydu
  • Dünən, 22:55
    Ferstappen mövsümün sonuna qədər “Red Bull”dan getməyəcək
  • Dünən, 22:26
    Cokoviç Olimpiadadan sonra karyerasını bitirmək istəyir
  • Dünən, 21:55
    Maradonanın ölümünə görə yeni proses başladı
  • Dünən, 21:34
    “Mən də PFL ilə AFFA-nın yola getmədiyini eşitmişəm” – Ramin Musayev
  • Dünən, 21:03
    Fanatlar fotoqraflara xəsarət yetirdilər
  • Dünən, 20:32
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 20:01
    Rəhim Həsənov Elçin Məsiyevlə İnqilab Məmmədovun səhvlərini açıqladı - VİDEO
  • Dünən, 19:40
    “Neftçi”yə qarşı məqsədyönlü, qərəzli hakim ədalətsizliyinə son qoyulmasını tələb edirik" - BƏYANAT
  • Dünən, 19:09
    42 yaşında “daha bəsdi” dedi
  • Dünən, 18:38
    Avtoqəzada həlak oldu...
  • Dünən, 18:07
    “Neftçi” məktub göndərdi, “Xankəndi” Şamaxıya köçdü
  • Dünən, 17:52
    “Haqqımız haram olsun” - “Forza Neftçi” bəyanat yaydı
  • Dünən, 17:31
    “Palmeyras”ın qələbə seriyası San Paulu derbisində qırıldı - İCMAL
  • Dünən, 17:10
    ''Zenit'' liderliyi ''Krasnodar''dan ala bilmədi - İCMAL
  • Dünən, 16:59
    “İnter” “Komo”nu “ÇL zonası”ndan çıxardı - İCMAL
  • Dünən, 16:28
    “Monako” darmadağın oldu və 7-ci pilləyə düşdü - İCMAL
  • Dünən, 15:57
    Dörd komanda növbəti mərhələyə vəsiqəni təmin edib
  • Dünən, 15:36
    Lebron: 12 min məhsuldar ötürmə!
  • Dünən, 15:15
    Prezident kuboku “Kolorado”ya veriləcək
  • Dünən, 14:54
    "Kimsə yaxşı oynasa, dərhal minifutboldan daha yaxşı maaşla iş təklifi alır" - Ağatahir Əzimov
  • Dünən, 14:33
    “Şuşa” məşqlərə başladı – maliyyə problemi aradan qalxıb?
  • Dünən, 14:12
    1 xal “Neftçi”yə sərf etdi, yoxsa “Zirə”yə?
  • Dünən, 13:51
    Qax Lənkəran nağılını bitirdi
  • Dünən, 13:30
    Millimizin heyəti açıqlandı
  • Dünən, 13:09
    "Zirə"nin 100-cü "sülh"ü
  • Dünən, 12:58
    Komandasının növbəti oyununu buraxacaq
  • Dünən, 12:37
    "Turan Tovuz"da iki yubiley
  • Dünən, 12:16
    İngiltərədə yerini dəyişə bilər
  • Dünən, 11:55
    Beş güləşçimiz mübarizəyə başlayır - AÇ
  • Dünən, 11:34
    Premyer-liqada son 10 mövsümün azarkeş rekordu
  • Dünən, 11:13
    Konte Neapolu tərk edəcək?
Daha çox
Oxunub: 542
Elvin Cəfərquliyev “Qarabağ”dan niyə qovuldu? – şok versiyalar
Oxunub: 265
“Şamaxı”nın yeni baş məşqçisi Elmar Baxşıyevdi!
Oxunub: 262
Başuaa… - ölkənin ən yaxşı futbolçusunun acı sonu
Oxunub: 238
"Renato Piriçin zərbə anını görməsinə mane olubsa, qol sayılmamalıdı" - Gülağa Cabbarov VAR-la dialoqun açıqlanmasını istədi
Oxunub: 182
Qurban Qurbanovun qovduğu Abbas "Zirə"yə keçir
Oxunub: 182
Konatedən “Neftçi”yə ikinci hörmətsizlik
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə