Millimizin üzvü Almaniya klubunda kapitan oldu

5.08.2022 11:26 485
Dünya futbolu
Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi “Aue”də yeni kapitan seçilib.

"Football-plus.az" xəbər verir ki, komandanın yeni kapitanı məhz yığmamızın 32 yaşlı üzvü olub. Bu barədə 3-cü Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, qapıçı Martin Mennel 7 il daşıdığı sarğıdan artıq imtina edib. Rəhbərlik isə birinci vitse-kapitan Nazarovu əsas kapitan elan edib.

Qeyd edək ki, Dmitri Nazarov 2016-cı ildən “Aue”nin formasını geyinir.