Roys sıraya nə vaxt dönəcək?

20.09.2022 14:49 433
Dünya futbolu
Marko Roys sıradan çıxıb.

Football-plus.az xəbər verir ki, Dortmund “Borussiya”sının kapitanı Almaniya bundesliqasının 7-ci turunun “Şalke-04” ilə matçında ayağından zədə alıb.

33 yaşlı yarımmüdafiəçi 32-ci dəqiqədə əlləri ilə üzünü bağlayaraq meydanı xərəkdə tərk edib. Artıq Almaniya millisinin də formasını geyən Markonun zədəsinin ciddiliyi məlum olub. O, təxminən 3-4 həftədən sonra məşqlərə başlaya biləcək.