• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kafedə yaradılan “Yurqorden”in dəyəri 18,6 milyon avrodu

Aktual

10-07-2023, 13:0

Musa Qurbanlı “Qarabağ”dan ayrıldı. Gənc forvard karyerasını İsveçdə - “Yurqorden”də davam etdirəcək. Stokholm təmsilçisi onunla 3 illik müqavilə bağlayıb. Bəs Musanın yeni komandası haqda nə bilirik? Gəlin, birlikdə öyrənək!

Tarixi
“Yurqorden” 1891-ci ildə fəalliyyətə başlayıb. Con Cansson martın 12-də Alberqet 4A küçəsində yerləşən kafedə idman klubunu təsis etməyə qərar verir. “Yurqorden” daha çox qış idman növləri və atletika üzrə ixtisaslaşmışdı. Qurucu üzvlərin əksəriyyəti sənayeçi işçi sinfindən idi. 1896-cı ildə Stokholmda stadion inşa olundu. Bu amil futbol klubunun yaranmasına təkan verdi. Bununla da “Yurqorden”in futbol bölməsi fəalliyyətə başladı. Komanda QAİS-in sabiq üzvü Teodor Anderssonun köməyi ilə formalaşdırıldı. Kollektiv ilk oyununu 1899-cu ildə AİK-ə qarşı keçirdi və 1:2 hesabı ilə məğlub oldu.

Adının mənası və atributları
Kollektivin bayrağında sarı, qırmızı və göy rənglər əksini tapıb. Klubun ilk gerbində DİF hərfləri olan qalxan saltirdə dördguşəli gümüş ulduz idi. Bu, İdrottsföreningen Kamraternanın qəbul etdiyi və bu günə qədər istifadə etdiyi oxşar ulduzdan əvvəldi. DİF mətni ilə sarı, qırmızı və mavi rənglərdə qalxan şəklində indiki loqo 1896-cı ildə qəbul edilmişdi. Yohan af Klerkerin 1908-dən tez-tez sitat gətirdiyi şeirinə görə, mavi və sarı İsveçi, qırmızı isə sevgini ifadə edir. İlk iki rəng həm də Stokholma xasdı. Sarı, qırmızı və mavi isə Stokholm dairəsinin zirvəsinin rəngləridi. Klub əvvəlcə şəhərdə olan kralın ov parkının və Yurqorden qəsəbəsinin adını daşıyıb. Adının birbaşa tərcüməsi "heyvan bağı" və ya "heyvan həyəti"di. “Djur” hissəciyi ingiliscə “maral” sözü ilə yaxındı. Bu səbəbdən də "maral bağı" adın ilkin mənası ola bilər.

Klubun iki ləqəbi var: “dəmir sobalar” və “mavi zolaqlar”. “Yurqorden” azarkeşlərinə bütün sosial-iqtisadi sahələrdə, Stokholmun, müəyyən dərəcədə İsveçin hər yerində rast gəlinir. Bununla belə, Şərqi Vasastan və Östermalm, xüsusilə də “Yurqorden”in keçmiş ev stadionunun yerləşdiyi yer bəziləri tərəfindən klubun ürəyi sayılır.

Stadionu
Komanda ev oyunlarını Stokholmun “Conaneşov” küçəsində yerləşən “Tele2 Arena”da keçirir. Stadionun tutumu 30 mindi. Bura 2013-cü ildə inşa olunub. Arenada ilk oyun “Nörçöpinq”ə qarşı keçirilib. “Mavi zolaqlar”ın 1:2 hesabı ilə məğlub olduğu görüşü 27798 nəfər izləyib. Azarkeş rekordu isə 2019-cu ildə qeydə alınıb. “Örebro” ilə mövsümün son matçını 28258 nəfər izləyib. “Yurqorden” 1936-2013-cü illər aralığında ev oyunlarını Stokholm Olimpiya Stadionunda keçirib. Lakin bu arena UEFA standartlarına uyğun deyildi. Bu səbəbdən də komanda beynəlxalq oyunlarını “Rasunda”da keçirirdi. Bu arenadan AİK və “Hammarbü” də yararlanır.

Klubun ilk stadionu “Stokholms İdrottspark” olub. 1910-cu ilin avqustunda “Yurqorden” Stokholm Şəhər Şurası ilə daxili şəhərin qərbində yerləşən Traneberq rayonunda inşa edilən arena üçün 25 illik müqavilə bağladı. “Tranebergs İdrottsplats” 1911-in oktyabrında tamamlandı və vəliəhd şahzadə Qustaf Adolf tərəfindən açılışı edildi. Müqavilənin müddəti 1935-ci ildə başa çatdı və Şəhər Şurası bu yerdə yaşayış evi tikmək niyyətində olduğu üçün “Yurqorden” 1936-da Stokholm Olimpiya Stadionuna köçdü. 1940-cı illərin ikinci yarısında tamaşaçıların sayı artdıqca klub bəzi matçları daha yeni və böyük “Rasunda”da oynamağa qərar verdi. Lakin 1960-cı illərin sonunda “Yurqroden” Olimpiya stadionuna qayıtdı və tezliklə derbilər istisna olmaqla, bütün oyunlar orda baş tutdu. Klubun 2000-ci ilin əvvəllərində əldə etdiyi nailiyyətlər daha çox tamaşaçı cəlb etdi. Bu da “mavi zolaqlar”ın müasir qurğulara və fərdi oturacaqlara malik yeni stadion planlaşdırmasına səbəb oldu. 2006-dakə siyasi vədlərlə yanaşı, “Yurqorden” Stokholm Olimpiya Stadionunun yenidən qurulmasını və daha sonra “Östermalms İP”də tam yeni bir arenanın inşasını hədəflədi. Tikinti xərcləri klubun maliyyə imkanlarını aşdığı üçün bu planlardan 2011-in dekabrında imtina edildi. Lakin İsveç Futbol Assosiasiyasının yeni stadion tələbləri də “Yurqorden”in 2013-cü ildən sonra Olimpiya stadionunda oynamasına imkan vermədi. Beləliklə, klubun İdarə Heyəti 2013-cü il mövsümü üçün “Tele2 Arena”ya köçmək qərarını verdi.

Uğurları
İsveçin ən yüksək liqası olan Allsvenskanda mübarizə aparan klub 12 dəfə çempion və 5 dəfə kubokun qalibi olub. Çempionatdakı titulları əsasən üç ayrı dövr ərzində qazanılıb. İlk dövr 1910-20-ci illər aralığında idi. O zaman komanda 4 dəfə çempion olub. İkinci dövr 1950-60-cı illəri əhatə edir. Həmin vaxtda da 4 dəfə çempionluq sevinci yaşanılıb. Ən son dövr 2000-ci illərin birinci yarısında, həm liqanı, həm də kuboku üç dəfə qazandıqları zaman oldu. 2017-dən bu günə qədər klub 2018-də İsveç kubokunu, 2019-da liqa çempionluğunu əldə edib. 2022/23 mövsümündə isə Konfrans Liqasının pley-offuna vəsiqə qazanıb. Burda “Lex”ə iki oyunun nəticəsində 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

2023 mövsümü
Hazırda İsveçdə çempionat oyunları keçirilir. Daha doğrusu, 2023-cü il mövsümünün görüşləri baş tutur. “Yurqorden” 14 oyundan sonra 24 xalla 4-cü pillədə qərarlaşıb. Komanda 7 qələbə qazanıb, 3 heç-heçə edib, 4 oyunda məğlub olub. Ümumilikdə 21 qol vuran kollektiv 17-ni buraxıb. Kim Berqstrandın rəhbərlik etdiyi komandanın bombardiri Markus Danielsonla Hampus Finndelldi. İsveçli hücumçu və yarımmüdafiəçi hərəyə 3 qol vurub. 27 nəfərlik kollektivdə ümumilikdə 6 milli üzvü var. “Transfermarkt”a görə komandanın dəyəri 18,6 milyon avrodu.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Manşet

6-07-2023, 16:0

Musa Qurbanlını “Yurqorden”ə keçməyə kim razı salıb?

Dünya futbolu

8-07-2023, 20:0

"Yurqorden"in məşqçisi Musa Qurbanlı haqda danışdı

Aktual / Ölkə futbolu

7-07-2023, 16:0

İqor Ponomaryov Musanın düzgün seçim etdiyini deyir

Ölkə futbolu / Manşet

7-07-2023, 17:0

“Yurqorden”in düşərgəsində olan Zaur İsmayılov ağızdolusu danışdı

Ölkə futbolu / Manşet

2-07-2023, 17:0

Musa Qurbanlı İsveç klubunda

Konfrans Liqası

13-03-2023, 16:0

“Vest Hem” öz rekordunu yeniləməyə davam edir - TƏHLİL

Aktual
“Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
“Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
“Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
“Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
“Əzmkarlığın və illərlə çəkilən zəhmətin mükafatını aldım” - Miller dünya çempionatında Azərbaycanı da təmsil edəcək
Son xəbərlər
  • Bu gün, 21:01
    Ayxan Abbasov mətbuat önünə çıxacaq
  • Bu gün, 20:30
    Kurasaonun avtobusu, millinin fiaskosu... - nəyiniz çatmır, qardaşlar?
  • Bu gün, 19:56
    Cüdoçumuz Tallindən medalla dönür
  • Bu gün, 19:25
    ''Qalatasaray''ın sabiq ulduzu Okan Burukun köməkçisinə çevrilə bilər
  • Bu gün, 18:54
    ''Performansımla bu pullara layiq olduğumu göstərdim'' - Uğurcan Çakır üçün mövsümün unudulmaz oyunları hansıdı? 
  • Bu gün, 18:19
    Mourinyo TFF-ni məhkəməyə verdi! 
  • Bu gün, 17:48
    Argentina - 6, Fransa – 5, İspaniya – 4...
  • Bu gün, 17:17
    DÇ-yə ən çox oyunçu göndərən çempionatlar və klublar hansılardı?
  • Bu gün, 16:47
    “Turnir cədvəlindəki yerimiz vəziyyəti izah edir” - göndərilən futbolçu belə dedi
  • Bu gün, 16:16
    Hakan Safidən daha bir möhtəşəm transfer - Çalhanoğlu ''Fənər''ə keçməyə razılıq verdi!
  • Bu gün, 15:45
    ''Beşiktaş''ın yeni mövsümə hazırlığa start verəcəyi tarix bəlli oldu
  • Bu gün, 15:09
    "Zirə" Tiaqo Silva ilə vidalaşdı
  • Bu gün, 14:55
    "Şamaxı" Həbiblə yenidən anlaşdı
  • Bu gün, 14:24
    Türkiyə DÇ-yə 4 oyunluq qələbə seriyası ilə yollanır
  • Bu gün, 13:53
    Aqil Abbas Türkiyə ilə Braziliyaya azarkeşlik edəcək - Hikmət Sabiroğlu isə say artımına haqq qazandırdı
  • Bu gün, 13:20
    Almaniya klubunda baş məşqçi dəyişdi
  • Bu gün, 12:51
    "İndi səhifəni çevirmək və yeni fəsilə başlamaq vaxtıdı" - Dani Bolt
  • Bu gün, 12:20
    Millimiz Dünya Kubokunun yarımfinalında
  • Bu gün, 11:59
    Almaniyadan İngiltərəyə yollandı
  • Bu gün, 11:30
    Milandan Madridə yollanacaq
  • Bu gün, 11:00
    “Titanik” aysberqə doğru irəliləyir – Azər Bağırovun məqsədi nədi?
  • Bu gün, 10:32
    Almaniya klubu ilə danışıq aparır
  • Bu gün, 10:00
    London klubunu tərk etdi
  • Dünən, 23:59
    A seriyasında istefa
  • Dünən, 23:42
    Futbol əfsanəsi vəfat etdi
  • Dünən, 23:00
    İspaniyadan Niderlanda üz tutdu
  • Dünən, 22:41
    “Nyukasl”dan ayrıldılar
  • Dünən, 22:10
    “Rəşad Sadıqovun belə vəziyyətlər üçün təcrübəsi var” – “Turan Tovuz”u kim əvəz etsin?
  • Dünən, 21:39
    Bolonyada qərar tutdu
  • Dünən, 21:28
    İstefası qaçılmaz oldu
  • Dünən, 20:40
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 20:18
    Yığma Avropa Liqasına məğlubiyyətlə başladı
  • Dünən, 19:56
    U-21 millimiz Bəhreynə qalib gəldi
  • Dünən, 18:55
    Gözlənilən ayrılıq rəsmən açıqlandı
  • Dünən, 18:24
    “Sonuncu dəfə Santuş “sükan arxasında” olarkən mənlə əlaqə saxlayıblar” - Zamiq çağrılmayacağına əmin imiş
Daha çox
Oxunub: 708
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 244
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 244
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 144
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə