Pikford "Mançester Yunayted"in hədəfində

11.06.2023 18:21 222
Dünya futbolu
"Mançester Yunayted" heyətini yeni qolkiperlə gücləndirmək niyyətindədi.

"Football-plus.az" xəbər verir ki, klub "Everton"un qapıçısı Cordan Pikfordu transfer etməyə hazırlaşır. Daha əvvəl David de Xeanın komandanı tərk edəcəyi təqdirdə yerinə əsas namizədin Pikfordun olduğu bildirilirdi. Lakin indi "qırmızı-şeytanlar" ispaniyalı ilə müqaviləni uzatsa belə, 29 yaşlı qolkiperlə sözləşmə imzalamaq niyyətindədi.