MBA: turnir içində turnir

9.07.2023 15:33 244
İdman
Milli Basketbol Assosiasiyası (MBA) yeni daxili turnirin yaradıldığını elan edib.

“Football-plus.az” xəbər verir ki, komandalar bundan sonra MBA kuboku uğrunda da mübarizə aparacaq.

Əvvəlcə hər birində 5 komanda olan 6 qrup yaradılacaq – üçü Qərb, üçü də Şərq konfransında. Qrup mərhələsində hər komanda 4 oyun keçirəcək. Bu oyunların noyabrda keçirilməsi nəzərdə tutulur. Hər qrupdan qalib və 2-ci yeri tutan pley-offa adlayacaq. Yarımfinal oyunları dekabrın 7-də, final isə 9-da keçiriləcək.

Turnirin mükafat fondu pley-offa adlayan komandalar arasında bölünəcək.