"Qarabağ"ın rəqibində ayrılıq

8.07.2023 16:45 234
Çempionlar Liqası
Cəbəllütariqin "Linkoln Red İmps" klubu futbolçusu Freddi Dreyperi icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, 19 yaşlı hücumçu növbəti mövsümü İngiltərə "Uolsoll"unda keçirəcək. Artıq gənc forvardla müqavilə imzalanıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Linkoln Red İmps"ə qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.