“Neftçi” yaxşı rəqibdi, uzun müddət Azərbaycanda dominantlıq edib”

8.07.2023 11:52 246
Dünya futbolu
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Neftçi” bu gün Sankt-Peterburqda – “PARI Premyer” kubokunda növbəti oyuna çıxacaq.

Rəqib isə “Srvena Zvezda”dı.

“Football-plus.az” xəbər verir ki, Serbiya çempionunun düşərgəsində də bu oyun maraqla gözlənilir. Baş məşqçi Barak Baxar dünən yetirmələrini taktiki incəliklər üzərində çalışdırıb. Müdafiəçi Uroş Spayiç bugünkü oyunla bağlı klub saytına açıqlama verib:

“Hazırlıq dönəmi hələ irəlidədi, hər şeyə çox ciddi yanaşırıq. Çempionlar Liqasına hazırlaşdığımızı bilirik. “Neftçi” yaxşı rəqibdi, “Zenit”ə qarşı da yaxşı oynadı, rəqibin uzun müddət Azərbaycanda dominantlıq etdiyini bilirik. Yenidən bu komanda ilə qüvvəmizi sınamağı səbirsizliklə gözləyirik”.


ORXAN