Mehman Hacıyev vəfat etdi

7.09.2026 10:31 23
Ölkə futbolu
Azərbaycan futboluna ağır itki üz verib.

"Football-plus.az" xəbər verir ki, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib. Bu haqda Gəncə klubunun mətbut xidməti məlumat yayıb.

52 yaşında gözlərini əbədi yuman Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub. O, “Kəpəz”in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.

Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib. O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.

"Kəpəz" mərhumun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbr diləyib.