"Turan Tovuz"dan növbəti transfer

28.06.2022 16:34 579
Premyer-liqa
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Əyalət təmsilçisi ötən mövsümü "Sumqayıt"da keçirmiş qapıçı Tərlan Əhmədlini transfer edib.

28 yaşlı qolkiperlə 1 illik müqavilə bağlanıb.