Qismət Alıyev “250”yə çatdı

7.09.2026 11:34 19
Ölkə futbolu
Qismət Alıyev premyer-liqada 250-ci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, “Zirə”nin kapitanının yubileyi Misli premyer-liqasının 4-cü turuna təsadüf edib. “Sabah”la görüşdə (0:5) 250-ci matçına çıxan futbolçu 15 qola imza atıb.

Debütü 2014/15 mövsümünə təsadüf edən futbolçu iki klubda forma geyib. O, “Qəbələ”də 70 oyunda 1, “Zirə”də 180 matçda 14 dəfə fərqlənib. Qismət turnirin tarixinə 250 və ya daha çox oyun keçirən 78-ci futbolçu kimi düşüb.