İspaniya klubu ilə yenidən anlaşdı

26.06.2023 23:51 221
Dünya futbolu
“Xetafe” baş məşqçi Xose Bordalasın müqavilə müddətini uzadıb.


"Football-plus.az" xəbər verir ki, İspaniya klubunun rəsmi saytının məlumatına görə, 59 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb. İspaniyalı məşqçi komandanı aprel ayından çalışdırır. “Xetafe” onun rəhbərliyi altında 15-ci yeri tutmaqla La Liqadakı yerini qorumağı bacarıb.

Qeyd edək ki, Bordalas komandanı 2016-21-ci illərdə də çalışdırıb.