Ceyhun Sultanov “Qarabağ”ın düzgün addım atdığını düşünür - AÇIQLAMA

5.07.2023 11:55 325
Aktual / Ölkə futbolu
“Açıq deyim ki, getməsi yaxşı oldu. Ötən mövsümü çox əla keçirmişdi. Vurduğu qollar onu məcbur edirdi ki, ölkə xaricinə yollansın. Həm də yaşı azdı. İndi ölkə xaricinə yollanması doğru qərardı”.

Bu sözləri “Football-plus.az”a açıqlamasında “Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanov dedi. Veteran futbolçu “Qarabağ”ın üzvü Musa Qurbanlının “Yurqorden”ə keçidini belə şərh etdi:

“Özünü sınamalıdı. Uğurlu olacağına inanıram. Ən düzgün addımı da “Qarabağ” atdı ki, onu buraxdı. Çünki bizim futbolçular xaricdə oynamalıdı. Orda özünü göstərə bilməsə də, Avropada oynamış olacaq. Ən pis halda yenidən ölkə çempionatına qayıdacaq. Lakin düşünürəm ki, düzgün addımdı”.


İLKİN SULTANLI