"Zirə" nigeriyalı yarımmüdafiəçi transfer edir.
Football-press.az xəbər verir ki, bu barədə “Ojogo” nəşri məlumat yayıb.
Məlumata əsasən, Portuqaliyanın “Pakuş Ferreyra” klubunun futbolçusu Abbas İbrahim yaxın günlərdə “Zirə” ilə müqavilə imzalayacaq.
Klubunu artıq tərk edən 25 yaşlı oyunçu praktikasından əziyyət çəkdiyi üçün bu keçiddə özü maraqlı olub.
Razılığa görə, futbolçunun transfer hüququnun bir hissəsi “Pakuş Ferreyra”da olacaq.
Qeyd edək ki, Abbas İbrahim Portuqaliyanın bir neçə klubunda icarə əsasında çıxış edib.