Millimiz 8 pillə gerilədi

31.03.2022 13:28 581
Yığma
FIFA yeni reytinq cədvəlini açıqlayıb.

Millimiz siyahıda 8 pillə geriləyib.

Canni De Byazinin baş məşqçi olduğu komanda 1126 xalla 129-cu sırada qərarlaşıb. Buna yığmanın yoldaşlıq görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzması səbəb olub. Komanda ötən reytinqdə 1139 xalla 121-ci olub.

Yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Slovakiya 1454 xalla 45-ci, Belarus 1243 xalla 93-cü, Qazaxıstan isə 1134 xalla 125-cidi.

Reytinqin ilk pilləsində dəyişiklik baş verib. Belçikanı (1827) arxada qoyan Braziliya (1832) birinci sıraya yüksəlib. 1789 xala malik Fransa üçüncüdü.