''Qalatasaray'' və Türkiyə yığmasının üzvü Barış Alpər Yılmaz fanatlarını qorxudub.
"Football-plus.az" xəbər verir ki, 23 yaşlı vinger bayramla əlaqədar Girəsundan məmləkəti Rizəyə yollanarkən qəzaya düşüb. Onun idarə etdiyi ''Mersedes'' markalı maşın Trabzonun yaxınlığında yerləşən Girəsunun Görələ kəndində işıqfordan keçərkən İbrahim Z. adlı şəxsin maşını ilə toqquşub.
Maşının ön hissəsinə ciddi zərər dəysə də, xoşbəxtlikdən futbolçunun özünə heç nə olmayıb. Buna baxmayaraq Barış hər ehtimala qarşı yaxınlıqdakı xəstəxanaya aparılıb. Digər maşının sahibi isə yüngül yaralanıb və o da xəstəxanaya yerləşdirilib.
Ötən mövsüm əsas heyət üzvü sayılmamasına baxmayaraq bir sıra vacib qollar vuran Barış ən son Türkiyə yığmasının heyətində sərgilədiyi oyunla alqış qazanmışdı.


