"Football-plus.az" xəbər verir ki, "Ferentsvaroş"la görüş 3:3 hesabı ilə başa çatıb.
Diqqət çəkən məqamlardan biri Abdulla Zubirin adının oyunun iştirak ərizəsində yer almaması idi. Bunun səbəbi futbolçunun zədəli olmasıdı.
Görəsən, fransalı futbolçunun durumu necədi? Onun zədəsi ciddidi?
Suallarımızı klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyevə ünvanladıq. "Köhlən atlar"ın əməkdaşı məsələ ilə bağlı bunları söylədi:
"Zubirin zədəsi o qədər də ciddi deyil. Ayağında cüzi narahatlığı var idi. Həkimlər risk etməyi məsləhət görmədilər. Bu gün komanda ilə birgə məşq edir".
İLKİN SULTANLI




