Fransalı yarımmüdafiəçi 2018-ci ilin iyunundan ölkəmizdə top qovmağa başlayıb. Hər nə qədər AFFA-dan rəsmi açıqlama olmasa da, federasiyanın onu “milliləşdirmək” üçün işlərə başladığını bilirik. Görəsən, bu barədə klub nə düşünür? Sualımızı Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadəyə ünvanladıq. “Köhlən atlar”ın rəsmisi “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Hesab edirəm ki, bu, kluba ünvanlanacaq sual deyil. Zubirin hansı statusda oynamasından asılı olmayaraq, “Qarabağ”ın futbolçusudu. Ona güvənimiz sonsuzdu. Zubirlə davam edən müqaviləmiz var. Məncə, sualı AFFA-ya ünvanlasaz, daha yaxşı olar. Zubirin “milliləşdirilməsi” ilə bağlı məsələ artıq onların verəcəyi qərardı. Klub olaraq AFFA-nın, həmçinin Zubirin qərarına hörmətlə yanaşacağıq”.
İLKİN SULTANLI




