Tovuz şəhər stadionu yenidən qurulur

28.06.2023 13:09 505
Ölkə futbolu
Tovuz şəhər stadionunda abadlıq və yenidənqurma işlərinə start verilib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, infrstrukturun ideal vəziyyətə gətirilməsi üçün baş sponsor “HUNER Group”un maddi dəstəyi ilə stadion ərazisində iki mərtəbəli yeni bina inşa olunur.

“Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq.

Bununla yanaşı projektorların quraşdırılması işlərinə də start verilib.

Tovuz şəhər stadionu yenidən qurulur


Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul