Əlvida Tovuz, salam Naxçıvan? - AÇIQLAMA

14.05.2022 14:57 1 764
Ölkə futbolu / Manşet
AFFA İcraiyyə Komitəsinin qərarı ilə “Araz Naxçıvan”ın 1-ci diviziona buraxılması muxtar diyarda futbolun canlanmasına səbəb olub.

"Football-plus.az" xəbər verir ki, bir çox mütəxəssisin adı bu klubla birgə hallanır. Ən yeni xəbərlərdən biri budu ki, hazırda “Turan Tovuz”da çalışan Adil Şükürov Naxçıvan təmsilçisində işləyə bilər. Təcrübəli mütəxəssis adı çəkilən klubda Akademiyanın rəhbəri vəzifəsinə namizəddi. Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını Adil bəydən soruşduq:

“Turan Tovuz”la mayın sonuna kimi müqaviləm var. Hazırda öz işimlə məşğulam. Müqaviləm bitəndən sonra bu haqda danışmaq olar. Bəli, təklif var. Bunu dəyərləndirə bilərəm. Nələrin olacağını zaman göstərəcək. Naxçıvan möhtəşəm yerdi. Orda futbolu inkişaf etdirmək olar. Lakin müqaviləmin müddətin bitəndən sonra təklifləri dəyərləndirəcəm”.


İLKİN SULTANLI