"Football-plus.az" xəbər verir ki, PSJ-nin qapıçısı komadan ayılıb.
Mayın 28-də atın belindən yerə yıxılaraq keçirdiyi qəzadan sonra düşdüyü süni komadan çıxan Serxio gözlərini açıb, palatada olan yaxınlarını tanıya bilib. Rikonun durumundan danışan həyat yoldaşı Alba Silva həkimlərə və xəstəxana işçilərinə təşəkkür edib:
“Biz hələ də burdayıq, irəliyə doğru kiçik addımlar atırıq. Əvvəlcə o, işığı ayırd etməyə başladı... Yavaş-yavaş, amma mən əvvəldən bilirdim ki, o, komadan çıxacaq... Amma bu, çətin prosesdi, çox səbr etmək lazımdı”.



