“Mançester Siti” Erlinq Holann ilə müqaviləni yeniləməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, “The Telegraph”ın yaydığı xəbərə görə, rəhbərlik norveçli oyunçuya uzunmüddətli müqavilə təklif etmək istəyir. MS digər klubların, xüsusilə də “Real”ın Holannı heyətinə qatmaq istəyindən narahat olduğu üçün bu addımı tezliklə atmağı planlaşdırır.
Erlinqin həftədə təxminən 400 min funt sterlinq maaşı nəzərdə tutan hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdi. O, 2022/23 mövsümündə komandada bütün yarışlarda 52 oyuna çıxıb, 52 qol vurub və 9 məhsuldar ötürmə edib.