• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əmrah Çəlikəl: “Heyətə yeni futbolçunun cəlb olunması hələ ki gündəmimizdə yoxdu”

Premyer-liqa / Manşet / Müsahibə

23-06-2023, 20:0

Premyer-liqanın son çempionu “Qarabağ”da işlər hələ ki qaydasında gedir.

Ağdamlılar hazırlığın Bakı mərhələsini başa vurub. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqib də bəllidi. Bu, Cəbəllütariqin “Linkoln Red İmps” klubudu. “Köhlən atlar” bu kollektivi üstələyə bilsə, 2-ci mərhələdə “Rakuv” – “Flora” cütünün qalibi ilə qarşılaşacaq. Bəs ilk rəqiblə bağlı hansı hazırlıqlar görülür? Qarşılaşma harda keçiriləcək? Rəhbərlik klubun güclənməsi istiqamətində hansı addımları atacaq? Klubla müqavilə müddəti bitən futbolçularla yeni anlaşmalar əldə edilib? Gördüyünüz kimi, “Qarabağ”la bağlı suallar çoxdu. Bunları aydınlaşdırmaq üçün klubun baş direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq.

- Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibiniz bəlli oldu. “Linkoln Red İmps”lə oyunlarla bağlı nə düşünürsüz?
- Rəqib Cəbəllütariqin ən köklü klubudu. Son illərin çempionudu. Mən də mətbuatda onlar haqda yazılanları oxuyuram. Bir çoxları rəqibi zəif komanda kimi qələmə verir. Lakin bu, bizi aldatmamalıdı. Bir ölkədə çempionat keçirilirsə, oranın qalibi ilə qarşılaşacağıqsa, həmin rəqibi ciddiyə almalıyıq. Texniki cəhətdən Qurban Qurbanov lazımi hazırlıq işlərini görəcək. Rəhbərlik olaraq biz də ona dəstək olmalıyıq. İndiki məqamda ancaq bunu söyləyə bilərəm.

- Bu rəqibi keçsəz, ya Polşanın “Rakuv”, ya da Estoniyanın “Flora” klubu ilə qarşılaşacaqsız. Potensial rəqibləriniz haqda nə deyə bilərsiz?
- Hazırda onlar haqda danışmaq doğru olmaz. Çünki hələ qarşıda “Linkoln Red İmps”lə oyunlar var. Əsas hədəfimiz ilk rəqibi keçməkdi. Bundan sonra başqaları haqda nəsə söyləmək olar. Yenə deyirəm, əvvəlcədən danışmağım düzgün deyil.

- “Linkoln Red İmps”i harda qəbul edəcəksiz? Bilirik ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirdədi. Bir müddət öncə mediaya açıqlamanızda Çempionlar Liqasının ilk iki təsnifat mərhələsindəki görüşlərinizi “Azərsun Arena”da keçirəcəyinizi demişdiz. İndi isə Bakı Olimpiya Stadionu variantı da var. Son qərar necə oldu?

- Görüşlərimizi Bakı Olimpiya Stadionunda keçirəcəyik. Son qərarımız belədi.

- Arenanın tam dolmamaq ehtimalı ilə bağlı hansısa narahatlığınız yoxdu ki?
- Hamımız istəyirik ki, stadion dolsun. İnşallah, azarkeşlərimizin görüşə marağı böyük olar. Amma əksər tribunaların dolacağını düşünürəm.

- Həmişə açıqlamalarınızda bildirmisiz ki, transfer məsələlərində Qurban Qurbanovla eyni fikirdəsiz. Yaxın günlərdə “Qarabağ” heyətinə yeni futbolçu cəlb edəcək?

- Hazırda yox. Heyətə yeni futbolçunun cəlb olunması hələ ki gündəmimizdə yoxdu. Yəni danışıqları yekunlaşdırdığımız futbolçu yoxdu.

- Klubla müqavilə müddəti bitən futbolçular da var. Maksim Medvedevlə yeni müqavilə bağladız. Qara Qarayevlə şərti razılaşmanız var idi. Rahil Məmmədov da müqavilə müddəti bitən futbolçulardan idi. Bu iki oyunçu ilə bağlı hansısa yenilik var?

- Düzdü, Qaranın hələlik birillik müqaviləsi var. Maksimlə bağlı rəsmi saytımızda məlumat vermişdik. Rahillə bağlı da anlaşma əldə etmişik. Onunla da hansısa problemimiz yoxdu. Yaxın günlərdə rəsmi məlumat veriləcək. Bundan əlavə, Qara Qarayev bizim balaca qardaşımızdı. Onunla hansısa müqaviləyə ehtiyac yoxdu. İstəyirik ki, Qara həmişəlik bizim oyunçumuz olsun.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

21-06-2023, 11:0

"Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqiblərinin sayı azaldı

Çempionlar Liqası

20-06-2023, 16:0

Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu

Çempionlar Liqası

20-06-2023, 11:0

"Qarabağ": ÇL-in qrupunda potensial rəqiblərin sayı beşə düşüb

Manşet / Çempionlar Liqası

20-06-2023, 14:0

“Qarabağ” 5 potensial rəqibin hər birindən güclüdü - TƏHLİL

Aktual / Çempionlar Liqası

22-06-2023, 16:0

“Qarabağ”ın Cəbəllütariqə səfər planı - AÇIQLAMA

Çempionlar Liqası

21-06-2023, 14:0

"Qarabağ"ın ÇL-də potensial rəqibi məlum olub - YENİLƏNİB

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə