Gündoğan artıq “Barselona” ilə anlaşıb?

22.06.2023 22:10 238
Dünya futbolu
“Mundo Deportivo” qəzeti İlkay Gündoğanın yeni mövsümə İspaniyada başlayacağını xəbər verib.

“Football-plus.az” xəbər verir ki, bu mənbəyə görə, almaniyalı yarımmüdafiəçi “Barselona” üçün tibbi müayinədən keçib və 2 illik müqavilə imzalayıb. Gündoğanın “Mançester Siti” ilə müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Başqa sözlə, onun “Barselona”ya azad agent kimi keçməsi gözlənilir.

İspaniya klubunun idman direktoru Mateu Alemani son xəbərə beə münasibət bildirib: “Hər şey yeni başlayır”.