İlkay Gündoğanın yeni mövsümə hansı komandada başlayacağı hələ də bəlli deyil.
"Football-plus.az" xəbər verir ki, Gündoğanın “Mançester Siti” ilə hazırkı müqaviləsinin müddəti iyunun sonunda başa çatacaq. Türkəsilli almaniyalı yarımmüdafiəçi İngiltərə premyer-liqasının son mövsümündə 31 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. İnsayder Fabritsio Romanonun yaydığı xəbərə görə, o hələ ki qərarsızdı: “Qərar hələ verilməyib, mən seçim prosesindəyəm. Onu da deyim ki, bundesliqaya qayıtmaq planlarıma daxil deyil”.