Gündoğan mövsümün sonunu gözləyir

14.05.2023 16:42 278
Dünya futbolu
İlkay Gündoğan böyük ehtimalla “Mançester Siti”ni tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu gələcəyi ilə bağlı yekun qərarını mövsümün sonunda verəcək. Yerli mənbələrin xəbərinə görə, türkəsilli almaniyalı yarımmüdafiəçi hazırda bütün diqqətini komandasının Çempionlar Liqası və İngiltərə premyer-liqasındakı həlledici oyunlarına yönəldib. Onun klubu ilə müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. İlkay ilə “Barselona”nın maraqlandığı çoxdan məlumdu.