İlkay Gündoğan karyerasını İtaliyada davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, “Milan” “Mançester Siti”nin yarımmüdafiəçisinin transferi üçün aparılan danışıqlarda fəal iştirak edir.
“Corriere dello Sport”un xəbərinə görə, futbolçu ilə klub arasında danışıqlar inkişaf mərhələsindədi. 32 yaşlı oyunçu ilə “Barselona” da maraqlanır.
Futbolçu Çempionlar Liqasının iyunun 10-da İstanbulda keçiriləcək finalından sonra gələcək karyerası ilə bağlı qərar verəcək. Gündoğan MS-də 7-ci mövsümünü başa vurmaq üzrədi. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti iyunun 30-u başa çatacaq.