Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.
“Football-plus.az” xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında daha bir matç idarə edəcək. Bunu UEFA-nın saytı açıqlayıb. Ağayev C qrupunun 2-ci turunun Çexiya - Almaniya görüşünün 4-cü hakimi olacaq. Görüşü norveçli Espen Eskas idarə edəcək. Ona yan xətt hakimləri qismində həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcəklər.