Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan superliqasının oyununa təyinat alıb.
35 yaşlı baş hakim Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, "Panatinaikos" və "Aris" komandaları arasında çempionluq qrupunun VI tur oyununda ədalət təmsilçisi olacaq.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik edəcək.
Mayın 1-də oynanılacaq qarşılaşma saat 20.00-da başlayacaq.