"Səbail"dən növbəti transfer

1.08.2022 21:51 527
Ölkə futbolu
"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Samir Abdullayevi transfer edib. Gənc yarımmüdafiəçi ilə 2 illik müvaqvilə imzalanıb.

Qeyd edək ki, S.Abdullayevin son klubu "Şamaxı" olub.