Bolqarıstanlı futbolçu "Səbail"də - RƏSMİ

20.06.2022 17:16 519
Premyer-liqa
"Səbail" heyətinə daha bir futbolçu cəlb edib.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi sabiq legioneri Emil Martinovu transfer edib.

Bolqarıstanlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E. Martinov 2018/19 mövsümündə də "Səbail"də oynayıb.