Kilian Mbappe komandanın tarixində ən yaxşı bombardirlər siyahısında 2-ci pilləyə yüksəlib.
Hücumçu buna "Real Madrid"ə qarşı keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda nail olub. 39-cu dəqiqədə rəqib qapısına yol tapan forvard Paris təmsilçisinin heyətində vurduğu qolların sayını 157-yə çatdırıb. Bu göstərici ilə PSJ-nin sabiq futbolçusu Zlatan İbrahimoviçi (156 qol) qabaqlayıb.M