Kilian Mbappe Fransa millisində yeni rekorda imza atıb.
Bu barədə yerli mətbuat xəbər yayıb. Hücumçu buna Cənubi Afrika Respublikası seçməsini 5:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşündə nail olub. Futbolçu qarşılaşmada dubl edib. Mbappe millinin heyətində 21-ci əsrdə ardıcıl beş matçın hər birində ən azı iki qol vuran ilk oyunçu kimi tarixə düşüb.