Mbappe PSJ-nin Fransa çempionatındakı qol sayını 3000-ə çatdırdı.
"Football-plus.az" xəbər verir ki, bu komandanın heyətində elitada ilk qolu 1971-ci il avqustun 25-də Kan-Klod Bras vurub. 1000-ci qolun müəllifi Zlatko Vuyoviç (24 may 1991), 2000-ci qolun müəllifi isə Ceremi Menezdi (4 dekabr 2011). PSJ turnirin tarixində 3000 qol vurmağı bacaran 12-ci komandadı. Parislilərə bunun üçün 1858 oyun keçirmək lazım gəldi.