“AFFA 30 ildən artıqdı bina tikir”

20.06.2023 14:23 267
Aktual
Yığmanın Estoniya ilə oyunda məğlubiyyətə bərabər heç-heçə edəndən sonra gözlər növbəti dəfə komandanın baş məşqçisi Canni de Byaziyə dikildi. İtaliyalı məşqçinin millini uğura daşıya bilməyəcəyi acı realllıqdı ki, artıq bunu hamı anlayır. Hətta 67 yaşlı mütəxəssis də yaxşı anlayır ki, Azərbaycan yığması ilə heç nəyə nail ola bilməyəcək. Buna baxmayaraq, istefa vermək fikrində deyil. Daha doğrusu, təzminatını ödəyib qovarıqsa, ikiəlli razıdı.

Bəs indiki pat vəziyyətində çıxış yolu nədi? AFFA rəhbərliyi belə məqamda hansı addımı atmalıdı?

Məsələ ilə bağlı tanınmış menecer Tural Əsgərovun mövqeyini öyrəndik. Tural bəy “football-plus.az”a açıqlamasında bunları söylədi:

“Sözün düzü, bu məsələ ilə bağlı heç nə fikirləşmirəm. Mənim üçün fərqi yoxdu De Byazi indi qovulacaq, yoxsa bundan sonra hələ 5 il də millinin “sükanı arxasında” olacaq. AFFA 30 ildən artıqdı bina tikir. Bünövrə səhv qoyulub, bina əyri qalxıb, aşmaq üzrədi. Sizcə 30-cu mərtəbəni təmir etsək, xeyri olacaq? Buna görə də mənim üçün De Byazi məsələsi maraqlı deyil. Hə, başa düşürəm, pullar boşuna gedir. Amma mən nə direktoram, nə də mühasib”.


RƏŞAD