Argentinanın DÇ-də ən çətin oyunu hansı oldu? - AÇIQLAMA

9.03.2023 14:54 282
DÇ 2026
Argentinanın başında dünya çempionu titulunu qazanan və FİFA tərəfindən 2022-ci ilin ən yaxşı məşqçisi seçilən Lionel Skaloni həm geridə qalan, həm də növbəti mundial haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2022-də ən çətin rəqibiniz kim idi'' sualına belə cavab verib:

''Son mundialda ən çətin oyunumuz Avstraliyaya qarşı oldu. Çünki biz aşkar favorit sayılırdıq və onlar üçün itiriləsi bir şey yox idi. Çox çətinlik çəkdik''.


Argentina Avstraliya ilə 1/8 finalda qarşılaşdı və 2:1 hesabı ilə qalib gəldi. Növbəti mundial 2026-da Şimali Amerikanın 3 ölkəsi – Kanada, Meksika və ABŞ-da keçiriləcək. Skaloni həmin turnir haqda suala belə cavab verib:

''Gəlin, tələsməyək. Biz hələ təsnifat mərhələsini uğurla keçməliyik. Ona görə də hələ proqnoz vermək çox tezdi. Amma bizə yaxın bir ərazidə baş tutacaq mundialda iştirak etmək bizim üçün tarixi bir an olacaq''.