Kiçik Bekhemin aqibəti müəyyənləşdi

18.06.2023 19:46 240
Dünya futbolu
Romeo Bekhemin aqibəti müəyyənləşib.


"Football-plus.az" xəbər verir ki, “Brentford” İngiltərə yığmasının sabiq oyunçusu olan Devid Bekhemin oğlunu birdəfəlik transfer edib. 20 yaşlı cinah yarımmüdafiəçisi ötən mövsüm icarə əsasında “Brentford”un ikinci komandasında çıxış edib. Kiçik Bekhem atasının həmsahibi olduğu “İnter Mayami”yə məxsus idi. Romeonun “Brentford”la razılaşdırılan müqaviləsinin müddəti daha bir mövsümlüyə uzadılmaq şərti ilə birillik olacaq.

O, son mövsümdə klubun ikinci komandasında 15 oyuna çıxıb və 1 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul