• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kazbek Tuayev və Elmar Məmmədyarovdan cavab gözləyirəm

Yığma / Manşet

18-06-2023, 15:0

Bu məmləkətdə daha heç nə məni təəccübləndirmir.

Milli dünən Estoniya ilə məğlubiyyətə bərabər heç-heçə etdi deyib, Canni De Byazinin ünvanına işıq üz görməyən, çoxmərtəbəli söyüş və qarğış edənləri bu saata qədər başa düşə bilmirəm. Nə olub, dostlar? Niyə əsəbləşmisiz, nədən və ya kimdən küsürsüz? Bir ölkədə ki, sifarişlə yemək gətirən motosikletçilər mənzilbaşına təcili tibbi yardımdan tez çatırsa, nənələr nəvələrini lay-lay əvəzinə tik-tokdakı videolarla yatizdırırsa, valideyn müəllimin qulağına sırğa taxırsa, axund din pərdəsi altında xarici kəşfiyyata işləyirsə, polis gəncə narkotik satdırısa De Byazinin də estonlarla matçdan sonra “son dəqiqədəki epizod qol olsaydı, bəxtimiz gətirsəydi, oyunu uda bilərdik”deməyə haqqı çatır. Biz buna layiqik, biz bu sözləri haqq edirik. Bəlkə də “biz” yazmaqla bir az başımdan yuxarı danışdım. Ola bilsin, aranızda kimsə “sən öz adından danış, məni bura qatma” deyib məni qınayacaq. Ancaq yəqin ki, “bizi bu italyanın nağıllarına inanmağa məcbur ediblər”sözlərimə heç kim irad bildirməyəcək, narazılıq etməyəcək. Bəli, özünü ölkə futbolunun başbilənləri kimi ictimiayyətə sırıyan, həyatını “ləbbəyek” üzərində quran İcraiyyə Komitəsinin üzvləri sayəsində 3 ilə yaxındı ki, italyanın sərsəm açıqlamalarını dinləməyə məcburuq. Dünən, Bakı, Sumqayıt, Azərbaycan və nəhayət, bütün dünya gördü ki, əsəbdən adını da xatırlamadığım (internetdən baxmağa da həvəsim olmadı) isveçli mütəxəssisn çalışdırdığı kollektiv bir qədər dəqiq olsaydı, matçın taleyini ilk hissədə həll edə bilərdi. Ancaq bu italyan yenə deyirəm, məğlubiyyətə bərabər heç-heçədən sonra bəxtdən gileyləndi, oyunu udmaqdan dəm vurdu. Vallah, billah iyunun 16-da bir 67 yaşını qeyd edən, AFFA prezidenti Rövnəq Abdullayevdən təbrik alan italyan qocalıb deyə yaddaşıni da itirib. Bir tərəfdən deyir ki, son dəqiqədə bəxtimiz gətirmədi, ardınca da “ilk yarıda onlar bizdən çox yaxşı oynadılar, iki qol da vura bilərdilər” söyləyir. Dünən gecədən bir sual barədə düşünürəm. “Dalğa Arena”da estonların bəxti gətirmədi, yoxsa bizim? Bəxt fortunası Xəzərin sahilində böyüyən uşaqların üzünə güldü, ya Baltik dənizinin ətrafında yaşayanların? Yəqin ki, 82 yaşlı İK üzvü Kazbek Tuayev çar Nikolayın vaxtından rəhbərlik etdiyi məktəbdən uzaqlaşdırlandan sonra boş vaxt çoxdu. Kazbek müəllim, xahiş edirəm, rus dilində olsa da, sualımı cavablandırın.

Kazbek müəllim sualıma cavab hazırlamaqla məşğul olsun, mən italyanın daha bir diqqətçəkən, fizik və riyaziyyatçıları çaş-baş salan, dünyanın aparıcı elm ocaqlarına yeni araşdırma mövzusu verən daha bir açıqlamasına diqqət ayırmaq istəyirəm. Millinin çalışdırıcısı“Bizdə mövsüm qutarıb, çox oyunçular yorğundu. Amma fasilədən sonra yaxşı oynadıq və qələbəyə layiq idik” söyləyib. Bəxtlə bağlı sualımı Kazbek bəyə ünvanlamışdım. Bu məsələyə də Elmar Məmmədyarovun açıqlama verməsini istəyirəm. Qoy hörmətli, sabiq nazir mənim kimi avamlara izah etsin ki, yorğun futbolçu ikinci yarıda necə yaxşı oynaya bilər? Bəlkə burda nəsə biz bilmədiyiz, anlamadığımız kodlaşdırılmış sözlər var. Hər halda Məmmədyarovun diplomitik fəaliyyətdə təcrübəsi çoxdu, o da vaxtilə bu cür açıqlamalarla bizi dərin düşüncələrə qərq edirdi. Elmar müəllim də məsləhət bildiyi gündə sualıma cavab verə bilər.
İK-nın adını çəkmədiyim digər üzvləri, sözüm sizədi. Bu dəfə Kazbek və Elmar müəllimə suallarımı ünvanladım. Sizə növbə çatmasını istəmirsizsə, cənab Canni de Byazini vaxtında İtaliyaya yola salın. Sizi əmin edirəm ki, Belçika ilə oyundan sonra sizi daha ağır və çətin suallar gözləyir.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

AÇ / Manşet

17-06-2023, 22:0

"Uğur qazanmaq üçün yaxşı maşının olmalıdı" - Canni De Byazi

Yığma / Manşet

17-06-2023, 21:0

Millimiz Estoniyaya da qalib gələ bilmədi - YENİLƏNİB

Aktual
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
Son xəbərlər
  • Bu gün, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Bu gün, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Bu gün, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Bu gün, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Bu gün, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 213
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 196
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 154
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə