AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli premyer-liqasının 3-cü turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Football-plus.az" xəbər verir ki, o, "Qəbələ" - "Şamaxı", "Şəfa" - "İmişli", "Kəpəz" - "Turan Tovuz", "Zirə" - "Neftçi", "Araz-Naxçıvan" - "Sabah" və "Sumqayıt" - "Qarabağ" matçları olmaqla ümumilikdə 6 qarşılaşmada qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.
Sədr hakimlərin doğru qərarlar verdiyini bildirib.
Rəhim Həsənovun epizodları təhlil etdiyi videonu təqdim edirik:
Rəhim Həsənov hakimlərdə səhv tapmadı - VİDEO
Ölkə futbolu / Video






