Keysuke Hondanın yeni klubu məlum olub.
"Football-plus.az" xəbər verir ki, Yaponiya yığmasının 40 yaşlı sabiq hücumçusu Sinqapura yollanıb. O, bu ölkənin “Yuronq” klubu ilə anlaşıb. Keysuke ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Honda 2021-ci ilin mart-iyul aylarında “Neftçi” oynayıb. "Ağ-qaralar" sonuncu dəfə məhz həmin il çempion olub. “Milan”, “Botofaqo” (Rio de Janeyro), “Vitess”, "ÇSKA" (Moskva) klublarında da çıxış etmiş futbolçu Azərbaycanda meydana çıxdığı 7 oyunda 2 qol vurub.
Son çempionluqda "Neftçi"nin yanında idi, indi isə...
Dünya futbolu






