Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək. “Dalğa Arena”da keçiriləcək oyunda rəqib Estoniya olacaq. Qarşılaşma bizim üçün olduqca vacibdi. Canni de Byazinin komandası hələ ki qrupda qələbə qazana bilməyib. İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu gün ilk qələbəni bayram etmək istəyir.
Görəsən, bu mümkün olacaqmı? Azərbaycan Estoniyanı məğlub edə biləcəkmi?
"Football-plus.az" olaraq suallarımızı yığmanın sabiq üzvlü Şəhriyar Əliyevə ünvanladıq:
“Son iki oyunda məğlub olmuşuq. İndi çalışıb qələbə qazanmalıyıq. İnşallah, 3 xal əldə edərik. Bəlkə də sırf qələbə haqda düşünmək futbolçulara təsir edə bilər. Ümid edirəm ki, yaxşı və düzgün oyun sərgiləyərək 3 xal qazanacağıq. Yəqin ki, baş məşqçi də öz tapşırıqlarını verəcək. Estoniya da Bakıya xal qazanmaq üçün gəlib. Ağır oyun olacaq. Çempionatın sonudu. Futbolçular bir qədər yorğundu. Bütün bunlara baxmayaraq, yığmamıza uğurlar arzulayırıq. İnşallah, qələbə qazanaraq hər kəsi sevindirəcəklər”.
İLKİN SULTANLI