"Şamaxı" rəhbərliyinin 2023/24 mövsümü ilə bağlı planı - ÖZƏL

29.05.2023 20:58 849
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 2022/23 mövsümü başa çatdı.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ" çempion, "Şamaxı" isə sonuncu oldu. Bu nəticə ilə "şirlər" elitanı tərk etməlidi. Bəs "münəccimlər"lə uzunmüddətli müqavilə bağlayan futbolçuların aqibəti necə olacaq? Onlar divizionda çıxış edəcək?

Məsələ ilə bağlı redaksiyamıza informasiya daxil olub. Hazırda "Şamaxı" rəhbərliyi İcraiyyə Komitəsinin iclasını gözləyir. Premyer-liqada komandaların sayı artırılarsa, həmin oyunçular "Şamaxı"da qalacaq. Əks təqdirdə isə rəhbərlik oyunçularla qarşılıqlı razılıq əsasında yolları ayıracaq. Çünki Şamaxı təmsilçisinin həmin futbolçuları komandada saxlamaq üçün büdcəsi olmayacaq. Klub rəhbərliyi belə olan təqdirdə onlarla yolları ayırmağı ən düzgün addım sayır.

İLKİN SULTANLI

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul