Yeni yaradılan Azərbaycan 2-ci divizionunda mübarizə aparacaq klublar da dövlət tərəfindən maliyyələşdiriləcəyi dəqiqləşib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev İcraiyyə Komitəsinin bugünkü iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2-ci divizionda mübarizə aparılacaq 12 komandanın hər birinə 50 min manat ayrılması nəzərdə tutulub.