AFFA yeni stadionlar inşa etdirəcək

7.03.2023 14:23 264
Aktual
“2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən AFFA-ya ayrılacaq maliyyə vəsaiti müxtəlif regionlarda yeni stadionların inşasına xərclənəcək”.

"Football-plus.az" xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev qurumun İcraiyyə Komitəsinin iclasından sonra deyib.

O, mərhələli şəkildə ictimaiyyətə məlumat veriləcəyini söyləyib.